“Cəzalandırılıb döyülən” və işgəncə verilən uşağın cəsədi polisləri heyrətə gətirib. (VİDEO) (FOTO)

Diş izləri və aldığı zədələrdən göyərmiş dörd yaşlı uşağın cəsədi polisləri belə heyrətə gətirib.

“The Sun”ın məlumatına görə, ürək parçalayan hadisə ABŞ-ın Viskonsin ştatında qeydə alınıb.

Qızcığazın qətli ilə əlaqədar anası Kristina Kollado və onun sevgilisi Cerom Millen saxlanılıb.

21 yaşlı qadın qızını gecə yatağına qoyduğunu, səhəri gün isə Ceromun balacanı oyatmağa getdiyində uşağın heç nəyə reaksiya vermədiyi halda tapdığını bildirib.

Bundan sonra onlar təcili yardıma xəbər veriblər. Çağırışa gələn tibb işçiləri isə gördükləri mənzərədən dəhşətə gələrək dərhal polisə xəbər veriblər.

Həkimlərin səyinə baxmayaraq, uşağın həyatını xilas etmək mümkün olmayıb.

“Araşdırma zamanı qurbanın fiziki olaraq istismar edildiyi məlum olub. Bu hadisə cinayət hadisəsi kimi qeydə alınıb”, – deyə hüquq-mühafizə orqanından bildirilib.

Şübhəli cütlüyə yaxın digər mənbələrin polisə verdiyi məlumata görə, Millen balaca qızı fiziki istismar edib, cəzalandırarkən həddi aşıb.

Hadisə ilə əlaqədar cinayət işi qaldırılıb.

Ayrıca yoxlayın

Belarusiya prezidenti: Əsl idman budur burda virus yoxdur sözləri ilə koronavirusa meydan oxuyub.

Belarusiya Prezidenti Aleksandr Lukashenko koronavirus epidemiyasından narahat olmadan xokkey oyunu oynamaqla bacarıqlarını göstərib. Xeber365.İnfo” xarici …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir