Bahar Bayramınız mübarək

Azərbaycanda adətə görə hər ilin mart ayının 20 də Baharın gəlişi ilə bağlı Bahar bayramı qeyd edilir .

Novruz Bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının və əkinçiliyin rəmzidir.

Xeber365.İnfo” xəbər verir ki Novruz bayramında müxtəlif oyunlar keçirilir. Bunlardan artırma, halay, keçəl, bənövşə,haxışta, cıdır, ənzəli, kos-kosa, yumurta döyüşdürmə, qurşaq tutma, papaqatdı və baharbəndi qeyd etmək olar.

Novruz bayramında aşağıdakı adətlər yerinə yetirilir:

  1. Torba atmaq. Sonralar torba, xurcun papaqla əvəz olunub. Ancaq Azərbaycanda namus, qeyrət rəmzi olan papağın qapılara pay üçün atılmağı birmənalı qarşılanmır və tənqid edilir. Qapıya atılan torbanı boş qaytarmazlar.
  2. Qulaq falına çıxmaq. Əgər gizlin dinlənən evdən xoş söhbət eşidilərsə, bu arzunun yerinə yetəcəyinə işarədir.
  3. Tonqaldan tullanmaq. Tonqaldan tullarkən bu ifadə deyilir: “Ağırlığım – ığırlığım odda yansın”.
  4. Üzük falına baxmaq. Qızlar üzüyü saç telinə bərkidib su ilə dolu stəkanın üstündə saxlayarlar. Üzük stəkana neçə dəfə dəysə,bu həmin qızın o yaşda ərə gedəcəyinə işarədir.
  5. Səməni yetişdirmək. Bu yazın gəlişinə və bitkilərin oyanmasına işarədir.
  6. Yumurta döyüşdürmək. Oyunun nəticəsində tərəflərdən biri digərinin tələblərini yerinə yetirir.
  7. Qonaq getmək. Novruzda qohumların və qonşuların evinə qonaq gedərlər, onlara Novruz payı apararlar.
  8. Yaşlıları ziyarət etmək. Yaşlı və xəstə insanları ziyarət olunar, bayramları təbrik edilir.
  9. Şam yandırmaq. Novruzda ailənin sayı qədər şam yandırarlar.
  10. Küsülülərin barışması. Novruzda heç kim küsülü qalmamalıdır. Bütün küsülülər barışmalıdır.
  11. Yallı getmək. Azərbaycan xalqının qədim dövrdən bəri ifa etdiyi rəqsdir. Bunun mənası insanların birliyidir.
  12. Xoruz döyüşdürmək. Bunun üçün xüsusi döyüş xoruzları böyüdülür

Ayrıca yoxlayın

Belarusiya prezidenti: Əsl idman budur burda virus yoxdur sözləri ilə koronavirusa meydan oxuyub.

Belarusiya Prezidenti Aleksandr Lukashenko koronavirus epidemiyasından narahat olmadan xokkey oyunu oynamaqla bacarıqlarını göstərib. Xeber365.İnfo” xarici …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir