Amerikanın baş Katibi Mayk Pompeo: İRAN koronavirusa yoluxma və ölüm faktını gizlədir.

ABŞ dövlət katibi Mayk Pompeo, İran lideri Ayətullah Əli Xameneinin dünyadakı bir çox məlumatı, o cümlədən koronavirusun yeni növündə (Covid-19) baş verən hadisələrin və ölümlərin sayını gizlətdiyini bildirib.

Xeber365.İnfo” KİV istinadən xəbər verir ki Pompeo, “Xameneinin Vuhan virusu haqqında söylədiyi yalanların insanların həyatına təhlükə yaratdığını” yazılı bir şərh olaraq yayımlayıb. Açıqlamada Covid-19 üçün “Vuhan virusu” ifadəsini istifadə edərək Pompeo, Xamaney’in dünyadan gizlətməyi üstün tutduqları bəzi həqiqətləri açıqlayacaqlarını qeyd edib.

Fevral ayında İranın özəl aviaşirkəti olan Mahan Air şirkətinin Tehran-Çin xəttində ən azı 55 uçuş etdiyini bildirən Pompeo, ən azı 5 ölkədə ilk Covid-19 virusunun İrandan qaynaqlandığını vurğulayıb.

Pompeo İranı milyonlarla insanın həyatını təhlükəyə atmaqda günahlandırdı. “İran rejimi öz səhiyyə işçilərinin davamlı xəbərdarlıqlarına məhəl qoymayaraq və ən az 9 gün ərzində ilk koronavirus ölümünü gizlətdiyinidə qeyd edib. İran virusla əlaqəli hadisələr və ölümlərlə əlaqədar öz xalqına və dünyaya yalan danışmaqda davam edir.

2012-ci ildən bəri İranın xaricdəki terror qaynaqlarına 16 milyard dollar xərclədiyini iddia edən Pompeo, “İran rejimi tibbi avadanlıqlara xərclənmək üçün 1 milyard avrodan çox pulu mənimsədiyinidə deyib. ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalara qida, tibbi ləvazimatlar, dərmanlar və digər humanitar yardım materialları daxil edilmədiyinə işarə edən Pompeo, İran tibb şirkətlərinin yanvar ayından etibarən test dəstlərini gətirə biləcəyini qeyd edib.

Katib sonunda ABŞ-ın xarici ölkələrə, o cümlədən İrana 100 milyon dollarlıq tibbi yardım təklif etdiyini xatırladan Pompeo, “Xamenei bu sui-qəsd nəzəriyyələrini hazırlamaq və öz ideologiyasını İran xalqının maraqlarına uyğun qoymaq üçün yorulmadan çalışdığı üçün bu təklifi rədd etdi” deyib.

Ayrıca yoxlayın

Belarusiya prezidenti: Əsl idman budur burda virus yoxdur sözləri ilə koronavirusa meydan oxuyub.

Belarusiya Prezidenti Aleksandr Lukashenko koronavirus epidemiyasından narahat olmadan xokkey oyunu oynamaqla bacarıqlarını göstərib. Xeber365.İnfo” xarici …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir